Fazil Mustafa: “Ziyafət Əsgərov deputatların hüquqlarının üzərindən traktorla keçdikdə…”

  • By admin
  • 20 Fevral 2017 09:20

fazil-mustafa

 

Gununsesi.info xəbər verir ki, millət vəkili Fazil Musatafa vitse-spiker Ziyafət Əsəgərovun parlamentin son sessiyasında onun bədii ədəbiyyata marağının nəticəsi olaraq  hüququ unutması barədə iddiasına münasibət bildirib.

Deputat “Yeni müsavat”a müsahibəsində deyib ki, vitse-spikerlə münasibətləri normaldır və o, zarafatla bu ifadəni səsləndirib: “Ziyafət Əsgərovla tələbəlik illərindən münasibətlərimiz var, eyni fakultədə oxumuşuq və mənim bədii ədəbiyyata sonsuz marağımı bildiyindən zarafatla belə bir ifadə işlətdi. Hüquq isə heç vaxt yadımızdan çıxmaz, hətta bəzən yaxşı hüquqçulardan biri hesab etdiyim Ziyafət müəllim Məclisin plenar iclasına sədrlik edərkən deputatların hüquqlarının üzərindən traktorla keçdikdə əlahəzrət hüququn varlığını bizlərin yadına saldığını da yaxşı xatırlayıram”.