Federasiyaya yeni baş katib təyin edildi

  • By admin
  • 10 Dekabr 2017 10:00


Dekabrın 9-da Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin 30-cu iclası baş tutub.

Federasiyadan Gununsesi.info-ya verilən məlumata görə, iclasda qurumun Baş katibinin, gimnastika növləri üzrə Kompleksli Elmi Tədqiqat qrupunun rəhbərinin və gimnastika növləri üzrə yığma komandaların Baş məşqçilərinin illik hesabatları dinlənilib.

AGF-nin Baş katibi vəzifəsinə 2007-2009-cu illərdə federasiyanın Baş katibinin köməkçisi, 2009-cu ildən bu günə qədər isə müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib.

Qeyd edək ki, daha öncə bu vəzifəyə Avropa Gimnastika İttifaqına (UEG) prezident seçilmiş Fərid Qayıbov rəhbərlik edirdi.

Gununsesi.info