“FETÖ”-çü generalın qardaşı AKP-nin son qurultayında “cəzalandırıldı”: ŞABAN DİŞLİ MKYK-DAN KƏNARDA QALDI

  • By admin
  • 22 May 2017 22:45

mehmet-disli-640x360

Xəbər verildiyi kimi, dünən Türkiyənin hakim partiyası olan AKP-nin növbədənkənar qurultayı keçirilib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, qurultayda yeni genəl başqanın seçilməsi ilə partiyanın üst qurumu olan Merkezi Karar Yönetim Kurulunda (MKYK) da önəmli dəyişikliklər edilib.

Belə ki, qurultaya kimi MKYK üzvü olan 19 AKP-li bu dəfə adıçəkilən qurumdan kənarda qalıb.

Həmin, yəni, MKYK-dan kənarda qalan isimlərdən biri də AKP-nin tanınmış simalarından olan genəl başqan yardımçısı, AKP Sakarya millət vəkili Şaban Dişlidir.

saban-disli-nin-tuggeneral-agabeyi-kurtarildi

Qeyd edək ki, Ş. Dişli 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhdinin “kilid isimləri”ndən olan tuğgeneral və hazırda məhkəməsi başlayan “FETÖ”-çü Mehmet Dişlinin qardaşıdır.

Ş. Dişlinin də elə məhz bu səbəbdən MKYK-dan kənarda saxlanıldığı Türkiyə mediasında yer alan xəbər sırasındadır.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info