FIFA referimiz UEFA tərəfindən yeni təyinat aldı

  • By admin
  • 21 İyul 2017 20:25

referi

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA tərəfindən yeni təyinat alıb.

Gununsesi.info xəbər verir ki, Ə.Ağayev UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Styaua” (Rumıniya) – “Viktoriya” (Çexiya) oyununu idarə edəcək. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

“Styaua”–“Viktoriya” oyunu iyulun 25-də Rumıniyada keçiriləcək.

Gununsesi.info