Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

21 Noyabr 2017

23 Oktyabr 2017 - 17:08

Fikrət Qocanın nəvəsi məhkəmədə ifadə verdi

fikret-qoca

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları – Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Gununsesi.info-nun məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda zərərçəkmiş şəxs qismində Yalçın Qocayevin oğlu Əli Qocayev ifadə verib. O, təqsirləndirilən Elnur Nəhmədovun adını eşitdiyini, tanış olmadıqlarını, atasının bəzən sərxoş olduğunu, sümük ağrılarından əziyyət çəkdiyini deyib.

Hakim ondan hər hansı şikayətinin olub-olmamadığını soruşub. Ə. Qocayev bildirib ki, atası sadəcə, xəsarət almış olsaydı bağışlamaq olardı.

Proses oktyabrın 26-da davam edəcək.

Qeyd edək ki, bu il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

Gununsesi.info





loading...