Filial direktoru iş otağında ölü tapıldı – Qətl ola bilər

  • By admin
  • 22 Aprel 2017 20:15

1492160276-3375

 

“Azərsığorta” dövlət sığorta şirkətinin Tovuz rayon filialının direktoru Raya Bayramova iş otağında ölü tapılıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü R.Bayramovanın meyiti aidiyyəti üzrə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Tovuz rayon şöbəsinə təhvil verilib.

Meyitin üzərində qan ləkələri olduğuna görə, R. Bayramovanın qətlə yetirilməsi ehtimal edilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Gununsesi.info