Fonddan “Dəmirbank”a borcu olanlara MÜRACİƏT

  • By admin
  • 17 Yanvar 2018 13:38

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmirbank” ASC qarşısında borc öhdəliyi (krediti) olan fiziki və hüquqi şəxslərə müraciət edib.

Gununsesi.info-nun məlumatına görə, müraciətdə bildirilir ki, ödənişləri köçürmə yolu ilə bankın Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesablarına, nağd qaydada isə bankın baş ofisinə və filiallarına, “DəmirPay” ödəniş terminallarına etmək olar.

Ətraflı məlumat üçün “Dəmirbank”ın Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanındakı “Əməliyyat İdarəsi” filialına müraciət etmək lazımdır.

Gununsesi.info