“Ford” və “Changan” 560 mindən çox avtomobili geri çağırıb

  • By admin
  • 19 Fevral 2018 21:10

“Ford” və Çinin “Changan” şirkəti birgə müəssisələrində yığılmış 560 mindən çox avtomobili geri çağırıb.

Gununsesi.info xəbər verir ki, bu, avtomobillərin əyləc sistemindəki qüsurlara əlaqələndirilib.

Bildirilir ki, geri çağırılma 2013-2016-cı illərdə istehsal olunmuş təxminən 370 min “Mondeo” modeli və 2014-2017-ci illərdə buraxılan 200 min “Edge” modelinə şamil edilib.

Qeyd olunur ki, həmin avtomobillərin əyləc şlanqının materialları möhkəm deyil və bu, ekstremal şəraitdə təhlükə yarada bilər.

Şirkətdən bildirilib ki, fevralın 25-də başlayacaq geriçağırma prosesində bütün qüsurlu hissələr “Changan Ford” birgə müəssisəsinin hesabına dəyişdiriləcək.

Gununsesi.info