Fransada insident - NƏZARƏTÇİLƏR ETİRAZ EDİR

  • By admin
  • 19 Yanvar 2018 20:14

Fransada jandarm qüvvələri ilə Paris yaxınlığındakı Flöri-Meroji həbsxanasının nəzarətçiləri arasında toqquşma baş verib.

Gununsesi.info xəbər verir ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edən nəzarətçilər həbsxanaya girişi bağlayıb.

Aksiyanı dağıtmaq üçün jandarmlar gözyaşardıcı qazdan istifadə ediblər.

Qeyd edək ki, son həftə ərzində Fransa həbsxanalarında nəzarətçilərin etirazları keçirilir. Ötən gün isə Flöri-Meroji həbsxanasında 120-dən çox məhbus kameralara qayıtmaqdan imtina etmişdi.

Gununsesi.info