Fransada qatar məktəb avtobusu ilə toqquşub, ölənlər var

  • By admin
  • 14 Dekabr 2017 22:00


Fransanın Milla rayonunda qatarın məktəb avtobusu ilə toqquşması nəticəsində 4 uşaq ölüb, 19 nəfər xəsarət alıb.

APA-nın “France Bleu”ya istinadən verdiyi xəbərə görə, ölənlər 13-17 yaş arası məktəblilərdir.

Məlumata görə, qəza Los Palaus qəsəbəsində dəmir yolu keçidində baş verib. Güclü zərbədən avtobus iki hissəyə bölünüb.

Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Gununsesi.info