Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

15 Sentyabr 2017 - 14:48

Fransız-Azərbaycan Universitetinin yeni binasının açılışı oldu

azerbaycan-fransiz-universitetinin-yeni-binasinin-achilishi-15092017

Bu gün Fransız-Azərbaycan Universitetinin (UFAZ) yeni binasının açılış mərasimi keçirilib.

Gununsesi.info-nun məlumatına görə, mərasimdən sonra çıxış edən təhsil Naziri Mikayıl Cabbarov deyib ki, bu gün Azərbaycanla Fransa arasında əlamətdar bir gündür.

XXI əsrdə münasibətlərin formalaşmasında təhsilin xüsusi rol oynadığını deyən nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkədə təhsilin inkişafına xüsusi önəm verir.

M.Cabbarov qeyd edib ki, UFAZ layihəsinə cəlb olunan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ölkədə neft-qaz sənayesinin inkişafına öz töhfəsini verib.

Nazirin sözlərinə görə, UFAZ-a qəbul üçün edilən müraciətlərin sayında artım olub: “Tələbələrdən gözləntilərimiz yüksək akademik göstəricilərlə təhsili başa vurmaq, Azərbaycan-Fransa münasibətlərinin inkişafına töhfə verməkdir”.

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan deyib ki, bu tədris ilində yeni binada təhsil alacaq tələbələrdən yeni ümidlər gözləyirlər:

“Strasburq Universitetinin tələbəsi olmuşam. Mən bu universitetdəki təhsildən aldığım məmnuniyyəti sizə də arzulayıram. Sizin ölkəniz təbii ehtiyatla zəngin bir ölkədir. Amma ən əsas zənginlik insanın biliyidir. Buna görə də sürətlə dəyişən dünyada zəmanənin tələblərinə cavab vermək üçün həm fransalı, həm də azərbaycanlı tələbələr yaxşı çalışmalıdırlar. Çox şadıq ki, layihənin icrası üçün biz seçildik. Mən rektor Mustafa Babanlıya da xüsusi minnətdarlıq edirəm ki, o, bu layihənin icrasına bu qədər xüsusi diqqət göstərir”.

Jan-Batist Lömuan deyib ki, son 2 ildə UFAZ-a təxminən 300 tələbə daxil olub: “Bu, o deməkdir ki, bu təhsil ocağı artıq nüfuz qazanıb. Biz bu göstəricidən məmnunuq”.

azerbaycan-fransiz-universitetinin-yeni-binasinin-achilishi-15092017-11 azerbaycan-fransiz-universitetinin-yeni-binasinin-achilishi-15092017-10 azerbaycan-fransiz-universitetinin-yeni-binasinin-achilishi-15092017-9 azerbaycan-fransiz-universitetinin-yeni-binasinin-achilishi-15092017-8 azerbaycan-fransiz-universitetinin-yeni-binasinin-achilishi-15092017-7 azerbaycan-fransiz-universitetinin-yeni-binasinin-achilishi-15092017-6 azerbaycan-fransiz-universitetinin-yeni-binasinin-achilishi-15092017-5 azerbaycan-fransiz-universitetinin-yeni-binasinin-achilishi-15092017-4 azerbaycan-fransiz-universitetinin-yeni-binasinin-achilishi-15092017-3 azerbaycan-fransiz-universitetinin-yeni-binasinin-achilishi-15092017-2 azerbaycan-fransiz-universitetinin-yeni-binasinin-achilishi-15092017-1

Gununsesi.info