Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018

15 Yanvar 2018 - 20:24

Fransızlar Rusiyadan 30 milyard avro tələb edir

 

Yüz minlərlə Fransa vətəndaşı Rusiyadan XIX əsrdə Rusiya İmperiyasının buraxdığı istiqrazlar üzrə ödənişləri tələb edib. Virtualaz.org RFİ radiosuna istinadən xəbər verir ki, tələbin ümumi məbləği 30 milyard avro təşkil edir.

Bildirilir ki, 1967-ci ildə Rusiyanın dəmiryol şirkətləri qızılla təmin edilmiş dövlət istiqrazlarının buraxılışına başlayıbar. Sonrakı 3 onillik ərzində fransızlar bu layihələrə 15 milyard frank (53 milyard avro) investisiya qoyublar.

 

Həmin istiqrazlar üzrə gəlirləri almaq az adama müyəssər olub. 1918-ci ildə Vladimir Lenin çar Rusiyasının borclarının ödənilməsindən imtina barədə fərman imzalayıb. 1997-ci ildə isə Rusiya Federasiyası Fransa ilə müqavilə imzalayıb. Həmin sənədə əsasən, Rusiya Federasiyasının Rusiya İmperiyasının borclarına görə Fransa qarşısında öhdəliyi yoxdur.

Lakin o vaxtın istiqraz sahiblərinin 400 minə yaxın varisi kompensasiya tələb etməkdə davam edirlər və bildirirlər ki, Rusiya heç də müflis deyil.

“Dövlət borcu köhnəlmir. O, ödənilməlidir. Oyunun qaydaları belədir”, – RFİ-yə müsahibəsində varislərdən biri deyib.

 

 

Gununsesi.info