“Freedom House”-nin Azərbaycanla bağlı mövqeyi qərəzin şiddətli formasıdır” - ƏFLATUN AMAŞOV

  • By admin
  • 29 Aprel 2017 13:00
Freedom Hous_2
“Freedom House” hüquq-müdafiə təşkilatı aprelin 28-də “Mətbuat Azadlığı-2017” adlı hesabatını açıqlayıb.
Hesabatda 199 ölkədə və ərazidə mətbuat azadlığının səviyyəsi ölçülüb. Ən azad ölkə 0, ən qeyri-azad isə 100 balla dəyərləndirilib, ölkələr Azad, Qismən Azad və Qeyri-Azad qruplara yerləşdirilib.
Azərbaycan isə dünyada mətbuat azadlığının ən pis durumda olduğu 10 ölkə içində yer alıb. Bu sırada Kuba, Ekvatorial Qvineya, Eritrea, İran, Şimali Koreya, Suriya, Türkmənistan və Özbəkistan var.
amasov-metbuat-aflatun
“Freedom House”-nin  “Mətbuat Azadlığı-2017” adlı hesabatı ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova müraciət etdik.
Gununsesi.info-ya açıqlama verən Ə. Amaşov bildirib ki, “Freedom House”- nin  Azərbaycanda mətbuat azadlığının səviyyəsinin dünyada  ən ps durumda olan 10 ölkə ilə müqayisə etməsi bir daha bu təşkilatın Azərbaycan olan qərəzinin şiddətli formasının göstəricisidir.
Onun sözlərinə görə, “Freedom House” son illərdə dünyada media azadlığı ilə bağlı ölkələrin reytinqini müəyyənləşdirməklə məşğuldur və ən maraqlısı da  ondan ibarətdir ki, Azərbaycan dünyada  media azadlığı sahəsində ən pis on ölkə sırasında  qərarlaşdırılıb.
“Bu, bir daha təşkilatın Azərbaycana qarşı mövqeyində dəyişikliyin olmamasını və münasibətlərin getdikcə daha da kəskinləşməsini  göstərir. Əgər siyahıya nəzər salsanız , o zaman  özünüzdə  də Azərbaycanın adının bu ölkələrlə eyni sırada çəkilməsi təəccüb doğuracaq.  Azərbaycanın adı, o, ölkələrlə bir  sırada çəkilib ki, həmin ölkələrdəki medianın səviyyəsini və yaxud, media azadlığı sahəsindəki vəziyyəti, ümumiyyətlə, müqayisə etmək belə yanlışqlıqdır. Hansı ki, o, ölkələrdə  iki nəfərin bir araya gəlib söhbət etməsi belə mümkün deyil.
Burada digər məqam da ondan ibarətdir ki,  həmin cədvəldə Asiyada, Afrikada, Latın Amerikasında elə ölkələr var ki, Azərbaycandan çox-çox irəlidədir və guya, həmin ölkələrdə  medianın vəziyyəti bizdəkindən qat-qat yaxşıdır. Bu, absurddur.  O cədvəldə bizdən irəli də yer alan ölkələrdə  media azadlğından belə söhbət gedə bilməz. O ölkələrdə münaqişələr hökm sürür. Bu, bir daha “Freedom House”-nin Azərbaycana olan qərəzinin göstəricisidir. Bu,  təkcə qərəz yox, ədalətsiz, qeyri-obyektiv yanaşamanın və  qərəzin şiddətlənmiş formasının göstəricisi  deməkdir”- deyə, Ə.Amaşov bildirib.
elcin-mirzebeyli-realmedia.az0_
“Xalq Cəhbəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli  isə Gununsesi.info-ya açıqlamasında deyib ki, Azərbaycanda media azadlığının məhdudlaşdırılmasından söhbət belə gedə bilməz.
“Bu, bir daha göstərir ki, son vaxtlarda Azərbaycana qarşı yeni bir kampaniyaya start verilib və bu da həmin kampaniyanın  tərkib hissəsidir. Mütəmadi olaraq “Freedom House” və bu kimi təşkilatlar tərəfindən  belə qərəzli kampaniyalar həyata keçirilir. Belə kampaniyalar Türkiyəyə də qarşı keçirilir.  Hansı ki,  bu olkələr müstəqil siyasət yürüdürlər”- deyə, o, vurğualyıb.
E.Mirzəbəyli əlavə edib ki, bu tipli təşkilatlar  müstəqil deyil, sifarişlə fəaliyyət göstərir.
“Onların hansı ölkələr və güc mərkəzləri tərəfindən maliyyələşdirildiyinə diqqət yetirilsə, o zaman onların nə qədər müstəqil olduqlarını və qəbul etdiyi qərarların “obyektivliyini” görmüş olarıq. Bu, bir daha gösətirir ki, onlar ayrı ayrı dövlətlərin və qrupların əlində vasitədirlər. Hansı ölkə onların maraqlarına uyğun deyil və onların maraqlarına uyğun siyasət yürütmür, bu təşkilatlar vasitəsi ilə həmin ölkələrə qarşı qarayaxma kampaniyasını həyata keçirirlər”- deyə, E. Mirzəbəyli bildirib.
Baş redaktor  xüsusi ilə onu diqqətə çatdırıb ki, yaxın günlərdə Azərbaycanda beynəlxalq səviyyəli idman yarışları və  digər tədbirlər keçiriləcəyindən, yəni,  beynəlxalq aləmin diqqətinin  Azərbaycana  yönələcəyindən və onun yürütdüyü siyasətdən narahat olan bu qüvvələr belə kampaniyalara start veriblər.
Mürtəza
Gununsesi.info