Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

15 Sentyabr 2017 - 11:12

“Gənc istedadlar” liseyində Bilik günü keçirilib- FOTOLAR

DSC_0029

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Bilik günü keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmovtədbir iştirakçılarını təbrik edib, liseyin qazandığı uğurlardan danışıb. Rektor bu il liseydən  məzun olan 46 nəfərdən 13-nün 600-dən artıq bal topladığını, onlardan 7 nəfərin qızıl, 1 nəfərin gümüş medal aldığını, 9 nəfərin isə fərqlənmə attestatına layiq görüldüyünü bildirib. Qeyd edib ki, liseyi bitirən məzunların hamısı əvvəlki illərdə olduğu kimi, bu il də yüksək göstəricilərlə yerli və xarici universitetlərə qəbul olunublar.

Akademik Abel Məhərrəmov bu il liseyin V sinfinə qəbul olmuş şagirdlərin də yaxşı oxuyacağını, universitetimizə şərəf gətirəcəyinə ümidvar olduğunu bildirib.

Liseyin direktoru, professor Qasım Hüseynov da şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, 10 yaşlı liseyin fəaliyyətindən bəhs edib.
Məzunlar adından  bu il yüksək bal toplayaraq BDU-nun Kimya fakültəsinə daxil olan Arzu Fərzullayeva çıxış edərək, şagirdlərə uğurlar diləyib.

DSC_0002

DSC_0062

DSC_0041

Gununsesi.info





loading...