Gədəbəydə döyülən kişi xəstəxanada ölüb

  • By admin
  • 17 Avqust 2017 13:23

meyit xestexanada

Münaqişə zəminində həmkəndlisini döyərək ona ölümcül xəsarət yetirən Gədəbəy rayon sakini saxlanılıb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 13-də Gədəbəy rayonunun Arıxdam kənd sakini Telman Qurbanov qarın nahiyəsinin küt xəsarəti ilə xəstəxanaya gətirilib və avqustun 16-da orada ölüb.

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə avqustun 13-də T.Qurbanovu həmkəndlisi Kamil Muxtarov tərəfindən münaqişə zəminində döyməsi müəyyən edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə K.Muxtarov saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info