Gəncə şəhər sakini yaşadığı evdə ölüb

  • By admin
  • 14 Yanvar 2017 19:56

meyit

 

Gəncədə ölüm faktı qeydə alınıb.APA-nın verdiyi məlumata görə, hadisə  şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Şəhər sakini 1959-cu il təvəllüdlü Vəliyev Zair Etibar oğlu yaşadığı evin vanna otağında ölüb. Onun dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir. Z. Vəliyevin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.info