Gəncə sakinindən 470 qram marixuana götürülüb

  • By admin
  • 17 Fevral 2018 11:55

Gəncə şəhərinin Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
 

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev olduğu məlum olub.

 

Baxış zamanı onun üzərindən göy rəngli selofana yığılmış, spesifik qoxuya malik, çəkisi 470 qram olan narkotik vasitə olan marixuana aşkar olunub. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

 

Qeyd edək ki, E. Babayev narkotik vasitənin şəxsi istifadə üçün əldə etdiyini bildirsə də, digər şəxslərlə əlbir olub-olmadığı istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı Nizami RPİ-də cinayət işi başlanılıb.

Gununsesi.info