Gəncədə avtomobil piyadanı vuraraq öldürüb

  • By admin
  • 16 Mart 2018 21:34


Gəncədə avtomobil piyadanı vurub öldürüb.

Gununsesi.info-nun məlumatına görə, hadisə şəhərin 28 May küçəsində alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyada, 1942-ci il təvəllüdlü Bayramov Knyazı vurub.

Sürücü piyadanı xəstəxanaya aparsa da, müayinə zamanı həkimlər onun öldüyünü müəyyən ediblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info