Gəncədə ev yanıb

  • By admin
  • 21 Sentyabr 2017 10:28

yanginjpg

Azərbaycanda bir neçə yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, Gəncə şəhəri, Məhsəti qəsəbəsində ümumi sahəsi 72 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 9 m2 sahədə və dam örtüyü 15 m2 sahədə yanıb. Yüksək temperaturdan evə bitişik tikilmiş talvarın lambirindən ibarət tavanı 36 m2 sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info