Gəncədə piyadanı maşın vurdu - VƏZİYYƏTİ AĞIRDIR

  • By admin
  • 20 Sentyabr 2017 21:40

qeza-1

Gəncədə piyadanı avtomobil vurub.

Gununsesi.info xəbər verir ki, şəhər sakini 1986-cı il təvəllüdlü Yusifova Cavanşir Ağalı oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, C. Yusifovu şəhərin Xan bağı yaxınlığında avtomobil vurub.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info