Gəncədə taksi sürücüsünü döydülər

  • By admin
  • 24 Aprel 2017 08:37

taksi

Gəncədə döyülmə faktı qeydə alınıb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, taksi fəaliyyəti ilə məşğul olan şəhər sakini, 1975-ci il təvəllüdlü İlham Hüseynov 1985-ci il təvəllüdlü Ramiz Əliyevlə dalaşıb.

Hadisə nəticəsində hər iki şəxs müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Taksi sürücüsünün vəziyyəti orta ağır, digər şəxsin isə normal qiymətləndirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Gununsesi.info