Geyiminə görə tənqidlərə tuş gələn nişanlısını dəstəklədi…

  • By admin
  • 29 May 2017 21:30

 

evcen

İyunun 29-da tanınmış dizi oyunçusu Burak Özçivitlə “dünya evinə” girəcək  ünlü aktrisa, “Loreal Parisi”-in reklam üzü Fahriye Evcenin bugünlərdə qatıldığı Kann beynəlxalq  film (kino) festivalındakı geyimi Türkiyə mediasında söz-söhbətlərə səbəb olub.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən xəbərinə görə, belə ki, festivala ağ, uzun ətəkli və hər iki tərəfdən yarıq olan paltarı ilə qatılan Evcen geyiminə görə tənqidlərlə üz-üzə qalıb.

Onun paltarını bəyənənlər olsa da, bəyənməyənlər və tənqid edənlər də az deyil.

Özçivit isə nişanlısını hədəf götürənlərlə razılaşmayıb və əksinə, Evceni dəstəkləyib.

O, həmin geyimin də Evcenə çox yaraşdığını söyləyib və bu səbəbdən əlavə söz-söhbətlərə də gərək olmadığını vurğulayıb.

KAMİL

Gununsesi.info