Gömrükçülər oğurlanmış nəqliyyat vasitəsini saxlayıb - FOTO

  • By admin
  • 22 İyun 2017 12:36

dovlet_gomruk_komitesi_041

Gömrük əməkdaşları oğurlanmış nəqliyyat vasitəsini saxlayıblar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası vətəndaşı Cəfərov Zakir İsrafil oğlu tərəfindən “Sərbəst dövriyyə üçün buraxılış” gömrük rejimində rəsmiləşdirmək üçün Azərbaycan Respublikası ərazisinə gətirilmiş 2016-cı il buraxılışlı “Mercedes Benz Vito Tourer” markalı nəqliyyat vasitəsinə baxış keçiriblər.

Baxış zamanı “MERCEDES BENZ VİTO TOURER” markalı nəqliyyat vasitəsinin Rusiya Federasiyasında oğurlanması və axtarışda olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

03

Anar

Gununsesi.info