Gömrükdə qaçaqmal siqaret aşkarlanıb

  • By admin
  • 15 Yanvar 2018 18:30

Siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı, həmin nəqliyyat vasitəsində gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən 2000 ədəd “Marlboro” markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.