Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

12 Yanvar 2018 - 10:48

“Google Play” mağazasında yeniREKLAM VİRUSU AŞKARLANIB

İnformasiya təhlükəsizliyinin təmini üçün “Check Point” həllər istehsalçısı “Google Play” əlavələr mağazasında yeni növ zərərli reklam aşkarlayıb.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, “LightsOut” adlanan skript fənərdən (Flashlight) istifadə üçün 22 alət (utility) və əlavədə aşkarlanıb. Virus 1,5-7,5 milyon dəfə yüklənib.
Məlumata görə, zərərli element istifadəçinin qanuni kontentin tərkib hissəsi olmayan reklam elanlarının göstərilməsini söndürməklə bağlı qərarını ləğv edərək sonradan əksər proqramlarda ləğvetmənin qarşısını almaq üçün əlavələr işarəsini gizlədir.

Nəticədə istifadəçilər qurğuda zəngləri cavablandırmaq və ya müəyyən əməliyyatları etmək üçün reklama daxil olmaq məcburiyyəti ilə üzləşiblər. Həmçinin zərərli proqram aktivliyinin reklamsız əlavə işə salınandan sonra da davam etməsi halları qeydə alınıb.

“Wi-Fi” şəbəkəsinə istənilən qoşulma, telefon danışığının bitməsi, enerjidoldurma şəbəkəsinə qoşulma və ya ekranın bloklanması reklamın göstərilməsi ilə nəticələnib.

“Check Point” aşkarlanan zərərli əlavələr barədə “Google” şirkətini məlumatlandırdıqdan sonra onlar “Google Play” mağazasında ləğv olunub.

Gununsesi.info