“Google” smartfon telefon istehsal edəcək

  • By admin
  • 21 Sentyabr 2017 14:38

03
Dünyanın ən məhşur axtarış sistemlərindən biri olan “Google” şirkəti Tayvanın mobil cihaz istehsalçısı olan “HTC”-nin smartfon bölməsini satın alıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, son bir neçə ildə adına tez-tez rast gəlinən “Pixel” telefonlarının istehsalçısı “HTC” ilə “Google” şirkəti arasında sövdələşmənin məbləği 1,1 milyarda ABŞ dollar təşkil edib.

Belə ki, bu prosesin 2018-ci ildə tamamlanması gözlənilir. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsəsən bundan sonra “HTC”-nin 2 min əməkdaşı “Google”un işçiləri hesab olunacaqlar.

Qeyd edək ki, bir vaxtlar hər 10 telefondan 1-ni istehsal edən “HTC”, artıq qlobal smartfon bazarındakı mövqeyini itirərək, yalnız 0,9% paya malikdir. Hazırda şirkətin vəziyyəti yaxşıdır.

Anar
Gununsesi.info