VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

20 Sentyabr 2017

17 Sentyabr 2017 - 18:28

Göyçayda ağır qəza zamanı xəsarət alanlardan biri dünyasını dəyişib –YENİLƏNİB

mercedes-qeza
Göyçayda baş verən yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alan iki nəfərdən biri dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 212-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində “VAZ 2106” makralı minik avtomobili qarşı tərəfdən gələn “QAZ 53” markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində “VAZ 2106”nın sürücüsü, Qarabaqqal kənd sakini 1982-ci il təvəllüdlü Musayev Səbuhi Şəmsəddin oğlu və həmkəndlisi olan sərnişini 1995-ci il təvəllüdlü Həsənov Elçin Ayaz oğlu ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Şəmsəddin Musayev xəstəxanada dünyasını dəyişib. Elçin Həsənovun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

***

saat 11.23

Göyçayda 2 nəfərin ağır xəsarət alması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saat 9:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 212-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.

“VAZ 2106” markalı minik avtomobili qarşı tərəfdən gələn “QAZ 53” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində “VAZ 2106”nın sürücüsü, Qarabaqqal kənd sakini 1982-ci il təvəllüdlü Musayev Səbuhi Şəmsəddin oğlu və həmkəndlisi olan sərnişini 1995-ci il təvəllüdlü Həsənov Elçin Ayaz oğlu ağır bədən xəsarətləri ilə aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda hər iki xəstənin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Gununsesi.info




loading...
Loading...