Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

12 Dekabr 2017 - 14:58

Göyçayda mikroavtobus aşdı- 6 NƏFƏR XƏSARƏT ALIB
Göyçay rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçayın Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sürücü Bəkir Mustafayev Göyçay-Sumqayıt xətti üzrə idarə etdiyi 85-BX-719 dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı mikroavtobusun qəflətən qarşısına çıxan “VAZ 2106” markalı minik avtomobilini vurmamaq üçün manevr edərkən idarəetməni itirib. Mikroavtobus yolun kənarındakı su arxına aşıb.
Hadisə zamanı sürücü Bəkir Mustafayev və sərnişinlərdən, 1956-cı il təvəllüdlü Rəsulova Nailə Məmmədhüseyn qızı, 1993-cü il təvəllüdlü Abbasov Elnur Ruslan oğlu və 1976-cı il təvəllüdlü Məmmədov Allahverdi Zabit oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün təcili yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha iki sərnişinin yüngül xəsarət aldığı bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info