XƏBƏR LENTİ

20 Fevral 2018

18 Yanvar 2018 - 21:14

Göygöldə yol qəzası- YARALILAR VAR

Göygöldə veteranın idarə etdiyi avtomobil qəzaya uğrayıb, xəsarət alan var.

Gununsesi.info xəbər verir ki, hadisə Qızılca kəndi ərazisində baş verib.  Gəncə şəhər sakini 1960-cı il təvəllüdlü  Aslanov Cahan Aslan oğlu idarə etdiyi “OKA” markalı avtomobil ilə hərəkətdə olarkən özünü pis edib və maşın başqa nəqliyyat vasitəsinə dəyib.

Xəsarət alan sürücü C.Aslanov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info