Güləşçilərimiz 5 medal qazanıb - FOTO

  • By admin
  • 22 May 2017 16:06

09

Serbiyanın paytaxtı Belqradda kiçik yaşlı yeniyetmələrin Avropa çempionatı keçirilib.

Gununsesi.info Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, çempionatda iştirak edən sərbəst güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıb.

Bütün rəqiblərindən üstün olan Riyad Aslanov (42 kq) çempionatın qızıl medalını qazanıb. Bürünc medalları isə yığmamıza Məmməd Əhmədov (53 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov və Fərid Cabbarov (hər ikisi 73 kq) qazandırıb.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

Anar

Gununsesi.info