Gündə 2 ədəd yumurta yeməyin faydaları

  • By admin
  • 20 İyun 2017 19:55

2017-05-16-11-43-00yumurta sari

 

Gündə 2 dəfə yumurta yemək insan orqanizmi üçün inanılmaz faydalıdır. 

Axşam.az xarici mediaya istinadən yumurtanın insan həyatı üçün faydalarını təqdim edir:

1) Kolin vitaminini artırır ki, bu da beyin üçün mühüm əhəmiyyət daşıyır. Gündə 2 dəfə yumurta yeyilməsi yaddaşı da gücləndirir.

2) Yumurta lütein maddəsi ilə zəngindir ki, bu da görmə qabiliyyətini artırır.

3) Yumurtanın tərkibindəki D vitamini sümüklərin və dişlərin güclənməsini təmin edir.

4) Yumurtadakı B vitamini isə saç və dərinin sağlamlığı üçün faydalıdır. Fosfolipitlər qaraciyərdəki toksinləri xaric edir.

5) Ürək-damar xəstəlikləri riskini azaldır.

6) Əgər səhər yeməyində 2 ədəd yumurta yeyirsinizsə, bu, gün ərzində sizi tox saxlayacaq. Bu isə gündəlik qida qəbulunun azalmasına, bununla da kökəlmənin qarşısını almağa kömək edir.

7) Xərçəng riskini azaldır. Gündəlik menyusunda yumurta olan qadınlarda döş xərçəngi riski 18% azalır.

8) Yumurta doğulacaq uşaqlarda əlillik riskini azaldır. Bu səbəbdən yumurta hamilə qadınların menyusunda başlıca qida olmalıdır.

9) Hər gün 2 ədəd yumurta yeyən qadınlar daha cavan qalır.

 

Gununsesi.info