Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018

13 Dekabr 2017 - 14:52

Günel adının tez-tez eks-nişanlısı Rza Zərrabla hallanmasınaETİRAZ ETDİ

Bir müddətdir ki, Türkiyə gündəmini zəbt edən Günel Zeynalova mətbuat orqanlarına müraciət edib.

Gununsesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni instaqramda paylaşım edərək adının tez-tez eks-nişanlısı Rza Zərrabla hallanmasına etiraz edib.

O, “Ebrunu Rzayla Günel tanış etdi” başlıqlı xəbərlərdən narahat olduğunu bildirib: “Son günlər mətbuatda çıxan xəbərlərdə keçmişdə olan münasibətimlə bağlı adımın davamlı olaraq yer almasından narahatam və üzülürəm. İllər əvvəl nöqtə qoyduğum bir münasibətdə bu gün zərərçəkən kimi təqdim edilirəm. Buna səbəb olan mövzular məni və ailəmi narahat edir. Bir zamanlar bu mövzuda yenə haqlı idim.

Amma zərərçəkən biri kimi bəzi mətbuat nümayəndələri adımı qaralamışdı. İndi isə əksini edirlər, mənim tərəfimi tutan xəbər hazırlayırlar. Gülək, ya ağlayaq? Məni sevən insanların beynində şübhə yaradacaq xəbərlər yazan şəxslərə müraciət edirəm. Nə oldu? Sular kəsildi? Kaş ki, məni indi anlamaq, dinləmək yerinə o illərdə axtarardız.

Dəyərli jurnalist dostlarım! Türkiyəyə gəldiyimdən bəri sizinlə böyüdüm. 20 illik sənət həyatımda bir-birindən gözəl layihələrə imza atdım. Hər zaman yanımda olan hər kəsə təşəkkürlər. Ancaq istəyirəm ki, sənət həyatıma əngəl olanlar, belə xəbər hazırlayanlar qanun qarşısında cavab versinlər”.

Qeyd edək ki, Türkiyənin məşhur köşə yazarı Esin Övet də müğənni Günel Zeynalova, Ebru Gündeş və Rza Zərrabla bağlı yazı yazmışdı. O, Rza Zərrabın məşhurluq üçün hər iki xanımdan istifadə etdiyini bildirmişdi.

Gununsesi.info