Gürcülərlə ermənilər arasında qanlı insident - 2 ölü

  • By admin
  • 25 Oktyabr 2016 22:39

s

 

Ukraynanın Melitopol şəhərində ermənilərlə gürcülər arasında silahlı insident baş verib.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, şəhər mərkəzindəki “Coker” kafesinin yaxınlığında 6 nəfərin mübahisəsi atışma ilə nəticələnib.

Məlumata görə, insident nəticəsində iki nəfər ölüb.  Onlardan birinin erməni, digərinin gürcü olduğu bildirilir.

Hadisənin qadın üstündə törədildiyi bildirilir. Tərəflər bir-birinə tapançalardan atəş açıb. Ölənlər Zurab Onanizi və Staqis Badesaryandır.