Gürcüstan hökuməti İlham Əliyevə təşəkkür etdi

  • By admin
  • 21 Avqust 2017 21:06

tiflis
Gürcüstan hökuməti ölkə ərazisində yanğının söndürülməsinə göstərdiyi köməyə görə Azərbaycan tərəfinə və şəxsən Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

“Azərbaycan helikopteri tezliklə Gürcüstan sərhədini keçəcək və Sərhəd Polisinin helikopteri ilə yanğının söndürülməsi prosesinə qoşulacaq”, – deyə DİN-in bəyanatında bildirilir.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə bu gün helikopter göndərib.

Gununsesi.info