Gürcüstanda yaşayan azərbaycanlı gənclər Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - FOTOLAR

  • By admin
  • 23 Avqust 2017 17:06

DSC_8874

Avqustun 23-də Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc Fəxri xiyabanı ziyarət edib. Azərbaycanlı gənclər ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirəsinə ehtiram əlaməti olaraq məzarları önünə gül dəstələri qoyublar. Azərbaycanlı gənclər Şəhidlər Xiyabanını daziyarət edərək, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həyatlarını itirmiş soydaşlarımızın xatirəsinə ehtiramlarını ifadə ediblər.

Gununsesi.info-nun xəbərinə görə, daha sonra gənclər “İçərişəhər” Tarix-MemarlıqQoruğunda yerləşən məşhur memarlıq abidələri -Qız qalası və Şirvanşahlar saray kompleksi ilə tanış olublar .

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstanda yaşayan bir qrup azərbaycanlı gənc üçün 21-28 avqust tarixlərində Bakı şəhərində “Yay istirahət düşərgəsi” təşkil edilib.

Yay istirahət düşərgəsinin təşkil edilməsində məqsəd xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin tarixi Vətənlə əlaqələrinin inkişaf etdirilməsi və onların milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsidir. Layihə çərçivəsində gənclər tarixi və görməli yerləri ziyarət edəcək, ölkəmizin tarixi, mədəniyyəti, müasir inkişaf səviyyəsi, beynəlxalq münasibətlər sistemində yeri ilə bağlı mühazirələr, seminarlarda iştirak edəcəklər.

DSC_8965

DSC_8963

DSC_8954

Gülnaz Qənbərli

Gununsesi.info