Gürcüstandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitə aşkar edilib

  • By admin
  • 23 Sentyabr 2017 14:02

marixuana

Dövlət Gömrük Komitəsi (DGK) Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunun piyada xəttinə Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının üzərində qanunvericiliyin tələblərinə uyğun olaraq yoxlama aparılıb. 

Bu barədə Gununsesi.info-ya DGK-dan məlumat verilib.

Məlumata görə, Yoxlama zamanı həmin şəxsin əynindəki şalvarın arxa cibindən bitki yarpağına bükülü vəziyyətdə, qablaşdırılması ilə birlikdə çəkisi təqribən 0.3 qram olan narkotik vasitə – marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info