“Guya Peyğəmbərimiz 50 yaşında 6 yaşlı qızla nişanlanıb” - ELŞAD MİRİ (VİDEO)

  • By admin
  • 08 Yanvar 2018 15:48

Bu gün APA TV-nin “İlham Tumasla 40 dəqiqə” verilişində qonaq olan ilahiyyatçı Elşad Miri  qız və oğlan uşaqlarının erkən yaşda evləndirilməsi ilə bağlı mövzunun müzakirəsində iştirak edib.

Gununsesi.info bildirir ki, müzakirə zamanı ilahiyyatçı Muhamməd Peyğəmbərin 9 yaşında Ayşə anamızla evlənməsinin yanlış olmasından danışıb. Belə bir şeyin Quranda olmadığını, bu haqda bir kəlmənin belə keçmədiyini qeyd edib.

Lakin Elşad Miri qızların 9 yaşında ərə verilməməsi ilə bağlı məsələni Qurani Kərimdə tapa bilməyənlərin hədislərdən bəhrələndiyini təəssüf hissi ilə qeyd edib:

“Bu gün “qızları 9 yaşında evləndirmək olar, ya yox?!” sualına Qurani Kərimdən cavab tapa bilməyənlər ikinci mərhələdə dərhal Peyğəmbərin həyatına və hədislərə müraciət edirlər. Bəs hədislərdə nə var? Çox maraqlıdır! Siz hələ çox yaxşı ki, 9 yaşla başladınız. Hədislərdə var ki, peyğəmbərimiz guya özünün 50 yaşı olanda 6 yaşlı qızla – (həmin o qız kimdir? Möminlərin əmiri və birinci xəlifə sayılan, Əbu Bəkirin qızı Ayşə anamız) nişanlanıb, 9 yaşında Mədinəyə köçəndən sonra isə, üzr istəyirəm ifadəmə və bu uydurmaya görə, peyğəmbərimizi də bundan uzaq tuturam, 53 yaşlı peyğəmbərimiz onunla zifafa girib”.

Aparıcının “9 yaşında qızı almaq olmazdımı? Peyğəmbər də almayıb və heç bir ərəb də almazdı?” sualına ilahiyyatçı Elşad Miri “Xeyr, olmazdı. Xeyr, peyğəmbərimiz də almayıb. Necə ala bilər?!” deyərək qəti şəkildə mövzuyla bağlı fikirlərini əsaslandırıb.

Gununsesi.info verilişdən olan görüntüləri təqdim edir:

Gununsesi.info