VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

20 Oktyabr 2017

08 Avqust 2017 - 22:47

“Həcc ibadətinə hörmətsizliyə imkan verməyəcəyik”

hecc

Həcc ibadətinin çirkləndirilməsinə imkan verməyəcəyik.

Report xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Məscidi-Haram və Məscidi-Nəbəvinin işləri üzrə baş katibi, doktor Abdurrəhman əs-Sudeysi krallığın rəsmi xəbər agentliyinə bildirib.

Onun sözlərinə görə, Həcc və ümrə ziyarətləri Səudiyyə Ərəbistanının təhlükəsizliyinin “qırmızı xətti”dir: “Səudiyyə Ərəbistanı mövcud olandan bəri Həcc ibadətinin birlik və bərabərlik şəraitində yerinə yetirilməsinə səy göstərib. Məscidi-Haram və Məscidi-Nəbəvidə Həcc və Ümrə zəvvarlarının təhlükəsizliyi Səudiyyə Ərəbistanı üçün keçilməsi mümkün olmayan “qırmızı xətti”dir. Həcc ziyarətinin çirkləndirilməsinə, hörmətsizlik edilməsinə heç bir halda imkan verməyəcəyik. Səudiyyə Ərəbistanı hacılığa namizədlərin hamısını istisnasız olaraq qonaq edəcək və onlara ehtiyac duyduqları xidməti göstərəcək”.

Qeyd edək ki, İrandan olan zəvvarlar Həcc ziyarəti zamanı siyasi mövzuda müxtəlif şüarlar irəli sürürlər. Bu il isə rəsmi Doha körfəz böhranı ilə əlaqədar Səudiyyə Ərəbistanını Qətərdən olan hacılığa namizədlərə müxtəlif çətinlik və maneələr yaratmaqda ittiham edib.

Gununsesi.info




loading...
Loading...