XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

13 Oktyabr 2017 - 19:45

Hərbi ixtisaslı kursantlar arasında intellektual yarış təşkil olunub- FOTOLAR

herbi_ixtisas_131017_02

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC xüsusi hərbi ixtisaslı sürücü müdavimləri arasında “Hərbi zəkalıyam” intellektual bilik yarışı keçirib.

Gununsesi.info xəbər verir ki, müdavimlərin qarşısında çıxış edən Cəmiyyətin sədri Şahvələd Əliyev yarışmanın dövlət müstəqilliyimizin 26-cı ildönümünün qeyd olunduğu ərəfəyə təsadüf etdiyini deyib. O, müstəqilliyimizi əbədiləşdirən ulu öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci müstəqil dövlətimizin fəal qurucusu olmalıdır” sözlərini misal gətirərək gənc müdavimlərə bu sözləri dərk etməyi və nəticə çıxarmağı tövsiyyə edib.

Ş.Əliyev vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncamlar, qəbul etdiyi dövlət proqramları onların hərtərəfli inkişafına yönəlib. O, söylənilənlərin əyani göstəricisi kimi dövlət başçısının gənclərlə bağlı etdiyi çıxışlarda onların intellektual səviyyəsinin yüksəldilməsi və hərbi vətənpərvərlik ruhunda tərbiyələndirilməsi ilə bağlı önə çəkdiyi məsələləri, 2012-ci il tarixli Fərmanla yaratdığı “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətini, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında növbəti sərəncamını xatırladıb.

Cəmiyyətin sədri ordumuz üçün mütəxəssis-əsgərlərin hazırlanması kimi şərəfli missiyanın MMC-nin üzərinə düşdüyünü nəzərə çatdırıb, təşkil edilən belə yarışların gənc müdavimlərin hazırlıq keçdikləri xüsusi hərbi ixtisaslarla yanaşı, vətənpərvərliyinə, intellektual hərbi biliklərinin aşkara çıxarılmasına, savad və məlumat bazalarının möhkəmləndirilməsinə, ümumilikdə isə çağırışaqədərki hazırlıqlarına xidmət etdiyini bildirib.

Daha sonra yarışa start verilib. Yarışda Cəmiyyətin Sabunçu, Xətai, Bakı şəhəri Nizami, Binəqədi və Nəsimi rayon 1 nömrəli, Sumqayıt şəhər 1 və 3 nömrəli filiallarını təmsil edən hər komandanın tərkibində 5 nəfər olmaqla, ümumilikdə 35 müdavim mübarizəyə qoşulub.

Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda MMC-nin Binəqədi rayon filialının komandası 116 bal toplayaraq qalib olub. Nəsimi rayon komandası 115 balla ikinci, Nizami rayon komandası isə 84 balla üçüncü yerə layiq görülüblər.

Sonda çıxış edən Cəmiyyətin sədri Ş. Əliyev qeyd edib: “Bu gün “Hərbi zəkalıyam” intellektual bilik yarışının nəticələri bir daha göstərdi ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin filiallarında xüsusi hərbi ixtisaslara yiyələnmək istəyən çağırışçılar gələcəkdə vətənə hərbi borclarını layiqincə verəcək. Onlar təkcə hərbi texnikanı mükəmməl idarə etməklə deyil, mənəvi əxlaqi dəyərlərə sədaqətləri ilə də seçiləcək, bilikli və intellektual vətəndaş olacaqlar”.

O, bügünkü tədbirin gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi işinin təbliği məqsədi ilə qarşıya qoyulan məqsədə doğru daha bir addım olduğunu və müdavimlərin iştirakı ilə bundan sonra da müxtəlif səpkili tədbirlər təşkil etməklə bu işin şaxələndiriləcəyini açıqlayıb.

herbi_ixtisas_131017_01

 

herbi_ixtisas_131017_02

 

herbi_ixtisas_131017_03

Gununsesi.info




loading...
Loading...