Həccə getmək istəyənlərin nəzərinə - XƏBƏRDARLIQ

  • By admin
  • 15 İyul 2017 12:56

04

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu il Həcc ziyarətinə gedəcək zəvvarlara xəbərdarlıq edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənəddə qeyd edilir ki, Yəməndə 332 min nəfər Krım-Konqo hemorragik qızdırma xəstəliyinə yoluxub.

Belə ki, bu səbəbdən də Krım-Konqo xəstəliyi Həcc ziyarəti zamanı zəvvarlar üçün ciddi təhlükə mənbəyi sayılır. Məhz ÜST Səudiyyə Ərəbistanına Krım-Konqo xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsini tələb edib.

Qeyd edək ki, hər il 2,5 milyon müsəlman Həcc ziyarətinə gedərək “Hacı” adı qazanır.

Ümumdünya Səhiyyə Təşkilatı Həcc ziyarəti zamanı zəvvarlar arasında Zika, Sarı humma, Danq kimi virusların yayılması ehtimalının çox yüksək olduğunu da iddia edir.

Anar

Gununsesi.info