Həftə sonu “yol terroru”nun qurbanları - 6 ÖLÜ, 7 YARALI

  • By admin
  • 15 Yanvar 2018 09:54

Yanvarın 13-dən 15-dək respublikanın daxili işlər orqanlarında 183 cinayət faktı qeydə alınıb, onların 38-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya bildirilib ki, axtarışda olduğuna görə 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Gununsesi.info