Həmməruzəçilər Azərbaycana səfərləri ilə bağlı bəyanat yaydı

  • By admin
  • 19 Yanvar 2017 16:20

aspaaaaa

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Sezar Florin Preda yanvarın 12-14-də Azərbaycana faktaraşdırıcı səfərləri ilə bağlı bəyanat yayıblar.

Gununsesi.info-nun AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, islahatlar prosesinə yeni impuls vermək, xüsusilə məhkəmə, media azadlığı, insan haqları və QHT-lərlə bağlı qanunvericilik sistemində hakimiyyətlə dialoqa təkan vermək son dərəcə vacibdir:

“Biz Azərbaycan hökuməti və vətəndaşlarla bu islahatları müəyyənləşdirmək və həyata keçirmək sahəsində əməkdaşlıq etməyə hazırıq”. 

Gununsesi.info