“Hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq” - LAVROV

  • By admin
  • 20 Noyabr 2017 13:30

“Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Həllə gətirən bir sıra istiqamətlər ətrafında fikir mübadiləsi apardıq “.

Gununsesi.info-nun məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Üç həmsədrdən biri olaraq hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq”, – deyə S. Lavrov vurğulayıb.

Gununsesi.info