“Hər kəsin sifətini gördüm…” - ŞAHVERDİYEVLƏ ABİYEV ARASINDA QALMAQAL

  • By admin
  • 16 Avqust 2017 20:19

astanjpg

Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abiyev ölkə.az-a açıqlamasında deyib ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək.

“Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə qulaqburması veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq”-deyə, A.Abiyev bildirib.

Gununsesi.info  xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin deputatı Astan Şahverdiyev Modern.az-a açıqlama verib.

Astan Şahverdiyev bildirib: “Düzü bu barədə danışmaq istəmirəm. Parlamentin iclasları başlasın, mən o zaman özümü müdafiə edəcəyəmm. Yoxsa mətbuat vasitəsilə özümü müdafiə etmək istəmirəm. Ona görə də münasibət bildirmirəm. Hər kəsin sifətini gördüm”.

Gununsesi.info