Hərbi təyyarə qəzaya uğradı - 3 NƏFƏR HƏLAK OLDU (VİDEO)

  • By admin
  • 17 Yanvar 2018 16:12

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info “Milliyətə” istinadən xəbər verir, Isparta vilayətinin Yalvaç rayonun, Kırkbaş kəndi ərazisində hərbi təlim məqsədi ilə istifadə olunun havan nəqliyyatı qəzaya uğrayıb.

CASA tipli “CN 235” hərbi təlim təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb

Hadisə nəticəsində 3 hərbiçi dünyasını dəyişib.

Qeyd olunur ki, bölgəyə çox sayda xilasetmə qüvvələri cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.

Gununsesi.info