Həştərxan vilayətinin qubernatoru Azərbaycana səfər edəcək

  • By admin
  • 12 Dekabr 2017 11:58

Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin gələn həftə Azərbaycana səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə trend vilayətin rəsmi saytına istinadən məlumat verir.

A.Jilkinin ölkə rəsmiləri ilə görüşlər keçirəcəyi gözlənilir. Qubernatorun görüşlərdə 2018-ci ildə əməkdaşlıq üzrə bir sıra təkliflər səsləndirəcəyi bildirilir.

Gununsesi.info