Həyat yoldaşına görə metronu partlatmaq istədi

  • By admin
  • 23 Fevral 2018 20:06

Özbəkistanın paytaxtı Daşkənddə bir şəxs məlumat xidmətinə zəng vuraraq metronu partlatmaqla təhdid edib.

Gununsesi.info xəbər verir ki, zəng edən şəxs adının Doniyor Xolikov olduğunu deyib və həyat yoldaşının 20 dəqiqə ərzində övladını gətirməyəcəyi təqdirdə metroda partlayış olacağını bildirib.

Aparılan araşdırma nəticəsində həmin şəxsin adının həqiqətən də Doniyor Xolikov olduğu məlum olub və yaşayış yeri müəyyənləşdirilib.

Hazırda o saxlanılıb, araşdırma davam etdirilir.

Gununsesi.info