Həyat yoldaşını bıçaqladı YASAMALDA AİLƏ DRAMI

  • By admin
  • 17 Fevral 2018 10:37

Bakının Yasamal rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info  report-a istinadən xəbərinə görə, Abbas Mirzə Şərifzadə küçəsindəki mənzildə yaşayan 1981-ci il təvəllüdlü Ağayeva Ramilə Balaqardaş qızı həyat yoldaşı ilə mübahisə edib.

Bu zaman o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsində araşdırma aparılır.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Gununsesi.info