Hacıqabulda avtomobil aşdı - 2 YARALI

  • By admin
  • 24 Oktyabr 2017 09:05

qeza_0235

Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 110-cu kilometrliyində, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, “KamAZ” markalı yük maşını ilə toqquşan  “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq, aşıb. Nəticədə iki nəfər xəsarət alıb. Həmin şəxslər Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırlıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info