“Hafka” bu namərdliyi etdiyinə görə söyüşə layiqdir” - HAFİZ MƏMMƏDOV MÜŞFİQ MƏDƏTOVA YALVARIR

  • By admin
  • 16 Oktyabr 2017 15:48
59e495ca497d5_hafkamusfig
Azərbaycan prezidentinin mühafizə xidmətinin sabiq əməkdaşı Müşfiq Mədətov və onun dostu Vəli Vəliyev bir müddət əvvəl saxlanıldıqları polis idarəsindən evə buraxılıblar.
Gununsesi.info xəbər verir ki, dostlar insidentin baş vermə səbəblərinə də aydınlıq gətiriblər. Vəli Vəliyevin ovqat.com-a dediyinə görə, hadisənin arxasında “Hafka” ləqəbiylə tanınan məşhur iş adamı Hafiz Məmmədov dayanır: “Onun mühafizəçiləri, guya, Müşfiq “Hafka”nı söydüyünə görə bizə hücum etmişdilər. Halbuki, elə bir hadisə olmayıb. Biz məlum insidentdən bir gün əvvəl Hafkayla bir məclisdə üz-üzə gəlmiş və çox mehriban şəkildə görüşüb, söhbət etmişdik”.
Vəli Vəliyevin bildirib ki, onlara hücum edən 5 nəfər olub:
“Lakin saxlanılan 2 nəfərdir. Polislər digər 3 nəfəri saxlamaqda maraqlı deyillər. Hətta Yasamal polis idarəsinin məsul şəxsləri çölə çıxarkən bizə hücum edənin 2 nəfər olduğunu bildirməyimizi tapşırdılar”
Vəli Vəliyev bildirib ki, “Hafka”nın 2 adamını da onlara görə yox, polislərlərlə atışdıqları üçün saxlayıblar.
Əməkdaşımızla söhbət edən Müşfiq Mədətov da “Hafka”nı söymədiyini etiraf edib: “Amma artıq o, bu namərdliyi etməklə söyüşə haqq qazandı. Biz öz yoldaşlarımızla oturub istirahət etdiyimiz bir zaman üstümüzə qəfil hücuma keçmək kişilikdən deyil. Söyüşü qəbul etməyən oğlan bu addımı da atmamalıydı. İndi isə müxtəlif adamları vasitəsilə mənə yalvarır”.
Qeyd edək ki, Müşfiq Mədətov Heydər Əliyevin ilk mühafizəçilərindən biri olub. Daha sonra polis rəisi təyin olunub və işlərində yol verdiyi nöqsanlar ittihamıyla uzun müddətə azadlıqdan məhrum olunub.
Azərbaycan dövləti qarşısında xidmətləri nəzərə alınmaqla 15 ildən sonra prezident İlham Əliyev tərəfindən cəzası bitmədən əfv olunub.

Gununsesi.info